
- A-
- A
- A+
Cevdet Yılmaz: “Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz”
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əbədidir. Biz bir-birimizə sonadək inanır və güvənirik. Heç bir qüvvə bu qardaşlığın qarşısını ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istər Şuşada, istərsə də Antalyada bu birliyin ən gözəl nümunəsini bir daha nümayiş etdiriblər. Əminəm ki, bundan sonra da münasibətlərimizi daha da gücləndirərək gələcəyə birlikdə addımlayacağıq.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ifadə edib.
“Biz Azərbaycanı və azərbaycanlıları sevirik. Azərbaycana səfərlərimiz zamanı bu sevginin qarşılıqlı olduğunu aydın şəkildə hiss edirik. Son dövrlərdə baş verən bəzi hadisələr birliyimizi daha da möhkəmləndirməyin və daim həmrəy olmağın vacibliyini bir daha göstərdi.
Hər sahədə və hər sektorda birgə güclü layihələr həyata keçirərək irəliyə doğru addımlamalıyıq. Bütün məsuliyyəti dövlət başçılarımızın üzərinə qoyub kənarda dayanmamalıyıq. Hər birimiz daha çox çalışmalı, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə və davamlı olmasına öz töhfəmizi verməliyik”, - deyə o əlavə edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































