
- A-
- A
- A+
Binasız qalan teatrların problemi parlamentin gündəmində
“Mədəniyyət və incəsənət ruhun qidasıdır deyiriksə, o zaman biz bu ruhu yaşadan insanlarımızın fiziki ehtiyaclarını, həyat şəraitini unuda bilmərik. Ona görə də mədəniyyət və incəsənət işçilərimizin əmək haqlarının artırılması vacib əhəmiyyət daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Eyni zamanda illərdir ölkəmizdə fəaliyyət göstərən, repertuarını davamlı yeniləyən Bakı Bələdiyyə Teatrının, Azərbaycan Dövlət Yuğ Teatrının öz binaları yoxdur. Binaların olmaması həmin teatrların və ümumilikdə milli teatr sənətimizin inkişafına əks təsir göstərir"' - deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































