DİN və ETSN-dən birgə əməliyyat: 150 illik ağacları kəsən dəstə üzvləri tutuldu – Video

DİN və ETSN-dən birgə əməliyyat: 150 illik ağacları kəsən dəstə üzvləri tutuldu – Video

Hazırda oxunan: DİN və ETSN-dən birgə əməliyyat: 150 illik ağacları kəsən dəstə üzvləri tutuldu – Video
647318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər.

Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.

Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir:

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər. Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO