
- A-
- A
- A+
Yelisey sarayında şok yaşandı: Makronun gözü qarşısında iki əsgər yerə yıxıldı – Video
Fransa Prezidenti Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrini ilə Yelisey sarayında görüşü zamanı gözlənilməz hadisə baş verib. Rəsmi qarşılama mərasimində xidmət edən iki əsgər qısa fasilə ilə huşunu itirərək yerə yıxılıb.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 11-də Parisdə baş verib. Slovakiyanın TV JOJ telekanalının çəkdiyi görüntülərdə əsgərlərdən birinin qəfil müvazinətini itirərək yerə yıxıldığı görünür. Makron və saray əməkdaşları dərhal onun köməyinə gəliblər.
Fransa mətbuatının məlumatına görə, Slovakiya Prezidentinin qarşılanmasından sonra ikinci əsgər də yerə yıxılıb.
Onun yıxıldığı an kameraya düşməsə də, qılıncının yerə dəymə səsi eşidilib.
Hadisədən sonra rəsmi proqram davam etdirilib.
Əsgərlərin hansı səbəbdən halının pisləşdiyi və sağlamlıq vəziyyətləri barədə hələlik rəsmi məlumat verilməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































