
- A-
- A
- A+
Uşakov Putinlə Uitkoff arasında keçiriləcək danışıqların mövzusunu açıqladı
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Ukraynadakı münaqişənin nizamlanmasına yönəlmiş məsələləri müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib. TASS bu barədə məlumat yayıb.
Stiv Uitkoff və Cared Kuşner noyabrın 12-də səhər saatlarında Moskvaya gəliblər. Onların Vladimir Putinlə danışıqları günün birinci yarısına planlaşdırılıb.
Rusiyaya gəldikdən sonra Stiv Uitkoff “Vesti” telekanalının jurnalisti ilə söhbətində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən danışıqlardan sonra tərəflərin sülhə daha da yaxınlaşdığına ümid etdiyini bildirib.
Qeyd edək ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib.
Görüşün əsas nəticəsi Rusiya ilə Ukrayna arasında yeni hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunması olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































