Türkiyəli aktrisa ərəb şeyxindən 2,5 milyon dollarlıq nahar təklifi alıb?

Türkiyəli aktrisa ərəb şeyxindən 2,5 milyon dollarlıq nahar təklifi alıb?

Hazırda oxunan: Türkiyəli aktrisa ərəb şeyxindən 2,5 milyon dollarlıq nahar təklifi alıb?
647337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yeraltı” serialında Ceylan obrazını canlandıran türkiyəli aktrisa Devrim Özkan Dubaya səfəri ilə bağlı yayılan iddialara sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, aktrisanın bir saat onunla nahar etmək istəyən ərəb şeyxindən 2 milyon 500 min dollar təklif aldığı və bu təklifi qəbul edərək Dubaya getdiyi iddia olunub. Lakin Özkanın menecerlik şirkəti bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Devrim Özkanın əməkdaşlıq etdiyi Engin Aykanat Management şirkəti aktrisanın Dubayda olmasının səbəbinin beynəlxalq brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi jurnal üz qabığı çəkilişi olduğunu bildirib:

“Onun haqqında mətbuatda və sosial şəbəkələrdə yayılan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qətiyyətlə təkzib edir və pisləyirik”.

Menecerlik şirkəti həmçinin təsdiqlənməmiş iddialara inanmamağa çağırıb.

Şirkətin açıqlamasını öz sosial media hesabında paylaşan Devrim Özkan isə bu iddiaları yayanlara cavab verib. Aktrisa bildirib ki, həmin məbləği məlumatları yayan şəxslərdən məhkəmə yolu ilə ala bilsə, baytarlıq klinikalarına borcu olan heyvansevərlərin borclarını ödəyəcək.

Özkan paylaşımında bunları yazıb:

“Mən də bunu əlavə edim. Məncə, həmin xəbərləri yaymağa davam edin ki, qeyd etdiyiniz məbləği sizdən alaraq klinikalara borcu olan heyvansevərlərin borclarını sizin sayənizdə bağlayım. Sizi öpürəm, xahiş edirəm, böhtan atmağa davam edin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO