Əfsanəvi futbolçu Andriy Şevçenko efirdə müharibədən danışarkən ağladı - VİDEO 

Hazırda oxunan: Əfsanəvi futbolçu Andriy Şevçenko efirdə müharibədən danışarkən ağladı - VİDEO 

63646

Əfsanəvi futbolçu və Ukrayna millisinin keçmiş məşqçisi Andriy Şevçenko İtaliya telekanalının efirində ölkəsində baş verən müharibədən danışarkən göz yaşlarına boğulub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.

“Baş verənləri mənə yaxınlarım danışır. Bu dəhşətdən oyanmaq istəyirəm. Şəhərlər bombalanır, tərk edə bilməyən uşaqlar və qocalar öldürülür. Bu, pis yuxu kimidir, deyəsən sabah oyanıb normal vəziyyətə qayıdacağam, amma bunun olmayacağını anlayıram. Belə bir reallıq var”, deyə o, qeyd edib.

O əlavə edib ki, Ukrayna Avropanın bir hissəsi olmaq istəyir:

“Bu, xalqımızın qərarı idi. Zelenski bizi azadlığımıza və müstəqilliyimizə aparan böyük prezidentdir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO