Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

624470

Paytaxtın Xətai rayonunda yerləşən elektrik yarımstansiyalarından birində oğurluq hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.

Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.
 

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO