Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

622220

“İran tərəfi bu həftə mühüm görüşün keçirilməsini xahiş edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karolin Levitt “Fox News”a müsahibəsində məlumat verib.

Levitt ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələrinin Qətərə yola düşəcəyini elan edib:

"Stiven Uitkoff (Steven Witkoff) və Cared Kuşner (Jared Kushner) yüksək səviyyəli görüşlər keçirmək üçün Dohaya uçacaqlar. Bu ali səviyyəli danışıqlar çərçivəsində paralel olaraq texniki müzakirələr də təşkil olunacaq".

Müttəfiqlərlə əldə olunmuş əvvəlki razılaşmalara toxunan mətbuat katibi Vaşinqtonun mövqeyini qətiyyətlə ifadə edib:
 

"Biz atəşkəs razılaşmasının özümüzə aid olan hissəsinə tam əməl edirik. Lakin ticarət gəmilərinə qarşı hücumlar həyata keçirildi və biz buna adekvat cavab verdik. Hər kəs bilməlidir ki, zorakılıq zorakılıqla qarşılanacaq".


Xatırladaq ki, ABŞ və İran nümayəndələri tərəflər arasında qarşılıqlı hərbi zərbələrin dayandırılması və Hörmüz boğazı ətrafındakı ixtilafları tənzimləmək məqsədilə iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO