Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Hazırda oxunan: Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

620280

Türkiyənin Şanlıurfa vilayətində özünü həkim kimi təqdim edərək qanunsuz şəkildə insanları müalicə etdiyi iddia olunan şəxs saxlanılıb.

Bizim.Media DHA nəşrinə istinadla xəbər verir ki, hadisə Şanlıurfanın Akçakale rayonunda baş verib.

Məlumata görə, rayon Jandarma Komandanlığı əməkdaşları lisenziyasız tibbi xidmət göstərilməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalara başlayıblar.

Araşdırma zamanı Mahmut Y. adlı şəxsin hər hansı tibbi təhsili və ya fəaliyyəti üçün icazəsi olmadığı halda özünü həkim kimi təqdim etdiyi, iş yerini müayinə mərkəzi kimi istifadə edərək bel yırtığı, sınıq və çıxıq halları üzrə müalicə apardığı müəyyən edilib.
 

Keçirilən əməliyyat zamanı şübhəli saxlanılıb. Onun fəaliyyət göstərdiyi ünvanda aparılan axtarışlar zamanı çoxlu sayda tibbi ləvazimat, müalicə avadanlığı və bitki mənşəli dərman preparatları aşkarlanaraq götürülüb.


Araşdırmalar nəticəsində məlum olub ki, Mahmut Y. gündüz saatlarında tikintidə qəlib ustası kimi çalışır, bəzən isə avtomobil təmiri ilə məşğul olur. O, boş vaxtlarında isə sözügedən məkanda pasiyent qəbul edib.

Şanlıurfa Valiliyinin yaydığı açıqlamada qanunsuz tibbi fəaliyyət göstərən obyektə qarşı əməliyyatın uğurla həyata keçirildiyi bildirilib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsin istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO