Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Hazırda oxunan: Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

620049

ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahı satmağı düşünən ölkələrə ciddi xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri Fransada keçirilən G7 sammiti çərçivəsində keçirilən brifinqdə bu barədə danışıb. Trampın sözlərinə görə, İrana nüvə silahı vermək son dərəcə təhlükəli addım olardı:
 

“İrana nüvə silahı satan hər kəs özü də nüvə zərbəsi ilə üzləşəcək. Belə bir addım atan tərəfə nüvə zərbəsi endiriləcək. Bu, sözügedən addımı atmağa cəsarət edən hər kəs üçün çox təhlükəli məsələdir”.


ABŞ lideri açıqlamasında konkret ölkənin adını çəkməyib. Onun sözlərinə görə, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətlidir və bu istiqamətdə bütün variantlar nəzərdən keçirilir.

Qeyd edək ki, Trampın bəyanatı ABŞ və İran arasında nüvə proqramı ətrafında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. ABŞ administrasiyası dəfələrlə Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO