Bu seçki dövründə Ermənistan Rusiya tərəfindən birbaşa təsirə məruz qaldı – VİDEO

Bu seçki dövründə Ermənistan Rusiya tərəfindən birbaşa təsirə məruz qaldı – VİDEO

Hazırda oxunan: Bu seçki dövründə Ermənistan Rusiya tərəfindən birbaşa təsirə məruz qaldı – VİDEO

617954

“Bu seçki dövründə xarici müdaxilə özünü açıq şəkildə büruzə verdi. Ermənistan Rusiya Federasiyası tərəfindən birbaşa təsirə məruz qaldı. Onlar bunu iqtisadi təzyiqlər, həmçinin Ermənistanın Avropa vektoru ilə bağlı siyasi və iqtisadi nəticələrə dair xəbərdarlıqlar etmək və Qərblə daha dərin əməkdaşlığı təhlükəsizliyə təhdid kimi qələmə verən, qorxu aşılayan rəvayətləri (narrativləri) alovlandırmaq yolu ilə həyata keçirdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) müşahidə missiyasının keçirdiyi mətbuat konfransında səsləndirilib.

“Bizim missiyamız Rusiya Federasiyası və onunla əlaqəli aktorlar tərəfindən seçki mühitinə davam edən müdaxilə cəhdlərini izləməkdən ibarət idi.

Bura seçicilərə, biznesə və siyasi xadimlərə təzyiqlərin göstərilməsi, eləcə də — xüsusilə Ermənistanda — sülh təşəbbüsləri barədə dezinformasiyaların yayılması və yalan, qorxuducu narrativlər vasitəsilə sülh prosesləri haqqında ictimai rəyin azdırılması daxil idi. Bu narrativlər sosial şəbəkələrdəki bot səhifələrindən süni intellekt tərəfindən yaradılan və manipulyasiya edilən məzmunlar, fişinq hücumları, həmçinin MSK-nın və digər dövlət qurumlarının saytlarına kiberhücum cəhdləri vasitəsilə gücləndirilirdi.
 

Missiyamız müəyyən etdi ki, bu seçki dövründə siyasi partiyalar və ittifaqlar azad kampaniya aparıblar, baxmayaraq ki, onların çıxışlarında şəxsiyyətlərə yönəlmiş şifahi hücumlar mövcud idi, həmçinin müxtəlif siyasi aktorlar arasında aşağı səviyyədə olan etimadsızlıq daha da dərinləşirdi.


Çox aydın şəkildə qeyd etmək olar ki, MSK əməkdaşları bütün səviyyələrdə — Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları — öz peşəkar dürüstlüklərinə və seçkilərin qanuniliyini təmin etdiklərinə görə tərifə layiqdirlər”, deyə bəyanatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO