Kiyevə raket zərbələri: Sakinlər Azərbaycan telekanalına danışdılar - VİDEO

Kiyevə raket zərbələri: Sakinlər Azərbaycan telekanalına danışdılar - VİDEO

Hazırda oxunan: Kiyevə raket zərbələri: Sakinlər Azərbaycan telekanalına danışdılar - VİDEO

615144

Mayın 24-ü gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.

Bizim.Media xəbər verir ki, paytaxtın mərkəzi və ətraf rayonları, o cümlədən Şevçenko rayonunda yerləşən "Lukyanovka" bazarının ətrafı ciddi dağıntılara uğrayıb.
 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya ordusu ümumilikdə "Oreşnik" də daxil olmaqla 90 ballistik raket və 600 dron buraxıb.


Zərbələrin böyük əksəriyyəti havada zərərsizləşdirilsə də, bir qismi hədəflərə dəyib.

Nəticədə, Azərbaycanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib.

"Zərbə dalğası o qədər güclü idi ki, bizi zirzəmidə də silkələdi. Bütün sakinlər qorxu içində idi, nə edəcəyimizi bilmirdik. Səhərə qədər sığınacaqda qaldıq", - deyə Kiyev sakini bildirib.

"Təxminən saat üçdən raketlər uçmağa başladı. Gecəni çox ağır keçirdik, bazara bir neçə raket düşdü. Hər şey bir anda baş verdi, qorxulu idi", - başqa bir sakin Baku TV-yə deyib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO