Slovakiyanın Baş naziri Robert Fitso 1 may gecəsi işçilərə hörmət əlaməti olaraq çörək sexindən mağazalara məhsul daşıyıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.
O, ölkənin qərb hissəsindəki mağazalara və xəstəxanalara çörək çatdıraraq kuryerlik edib. Baş nazir səhər tezdən çörək sexindən topdansatış mağazalarına məhsul çatdıran mikroavtobusdan yük daşıyıb.
"Gecə növbəsinə xoş gəlmisiniz. Hazırda Nova Dubnitsadayıq və ora təzə çörək və un məmulatları çatdırdıq", - deyə Fitsi paylaşımda qeyd edib.
Qeyd edək ki, Fitso əvvəllər işçi ailəsində böyüdüyünü və 1 Mayda gecə növbəsində işləməyin işçilərə hörmətini göstərdiyini bildirmişdi. O artıq bir neçə ildir ki, 1 may gecəsi gecə növbəsində pulsuz işləyir.
Bizim.Meida





























































































