DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

609066

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 49 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.
 

Bildirilib ki, tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.


Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO