Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Hazırda oxunan: Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO
608767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Sabah” öz meydanında “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək kubokda finala vəsiqə qazanıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın final fitindən sonra meydanda gərginlik pik həddə çatıb. 

Ağdam təmsilçisinin futbolçuları, xüsusilə də monteneqrolu legioner Marko Yankoviç hakim qərarlarına kəskin etiraz ediblər.

Baş hakim Yankoviçə əvvəlcə sarı, etirazların davam etdiyini gördükdə isə birbaşa qırmızı kart göstərərək onu meydandan kənarlaşdırıb.
 

Gərginliyin əsas səbəbi isə oyunun son saniyələrində baş verən mübahisəli epizod olub. Belə ki, “Qarabağ”ın futbolçusu Kamilo Duranın rəqib cərimə meydançasında vurduğu zərbənin Velko Simiçin əlinə dəydiyini iddia edən qonaq komanda penalti tələb edib. Lakin hakim oyunu davam etdirib və bu qərar “Köhlən atlar”ın kəskin narazılığına səbəb olub.


Qeyd edək ki, bu qələbə ilə “Sabah” adını finala yazdıraraq həlledici oyunda “Zirə”nin rəqibi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO