Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO
585678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən Məmmədov Ülvi Çingiz oğluna və Əlişzadə İlkin Əlipənah oğluna məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- obyektlərin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektlər odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonlara texniki qulluq göstərilməyib;

- obyektlərdə tezalışan sürtgü yağlarının saxlanması və istifadəsi həyata keçirilir;

- ⁠obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

- ⁠sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib.
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.


Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.




Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 1
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 2
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 3
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 4
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 5
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 6
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 7
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO