Polis Sabunçuda əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Polis Sabunçuda əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Hazırda oxunan: Polis Sabunçuda əməliyyat keçirdi: Saxlanılan var – VİDEO
576952
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb.

Bildirilir ki, ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.
 

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.


Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.



Polis Sabunçuda əməliyyat keçirdi: Saxlanılan var – VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO