Şəhid anasının 30 il sonra övladı oldu – FOTO/VİDEO  

Şəhid anasının 30 il sonra övladı oldu – FOTO/VİDEO  

Hazırda oxunan: Şəhid anasının 30 il sonra övladı oldu – FOTO/VİDEO  
189547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi şəhidi Rəşad Mikayılzadənin bacısı dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə əməliyyatı həyata keçirən həkim öz ”Instagram” hesabında paylaşım edib. 

Bildirilib ki, şəhidin anası Nailə Mikayılovanın 30 ildən sonra yenidən övladı dünyaya gəlib. 

Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə evin tək övladı olub. O, 1995-ci ilin sentyabrın 30-u Lerikin Camaşəir kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətini Qazax rayonunda keçirib. 

Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. O, 2020-ci il noyabrın 9-u Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində həlak olub. 
Rəşad Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 
 


Şəhid anasının 30 il sonra övladı oldu – FOTO/VİDEO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO