Goranboyda açıq sahədə YANĞIN – VİDEO 

Goranboyda açıq sahədə YANĞIN – VİDEO 

Hazırda oxunan: Goranboyda açıq sahədə YANĞIN – VİDEO 

182725

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində açıq ərazidə 200kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70p.m yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO