Gədəbəydə partlayış BAŞ VERİB: Xəsarət alan var - FOTO/VİDEO 

Gədəbəydə partlayış BAŞ VERİB: Xəsarət alan var - FOTO/VİDEO 

Hazırda oxunan: Gədəbəydə partlayış BAŞ VERİB: Xəsarət alan var - FOTO/VİDEO 
137824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb. 
FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Faktla bağlı araşdırma aparılır. 
 


Gədəbəydə partlayış BAŞ VERİB: Xəsarət alan var - FOTO/VİDEO  - foto 1
Gədəbəydə partlayış BAŞ VERİB: Xəsarət alan var - FOTO/VİDEO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO