Gürcüstan parlamentində dava DÜŞDÜ - VİDEO

Gürcüstan parlamentində dava DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Gürcüstan parlamentində dava DÜŞDÜ - VİDEO

123987

Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin iclası zamanı deputatlar arasında dava düşüb.

Bizim.Media xəbər verir ki, qarşıdurma “xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı hakim Gürcü Arzusu partiyasından olan deputat Anri Oxanaşvili ilə müxalif deputatlar arasında baş verib.

Fiziki qarşıdurmadan sonra müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze, “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili zaldan çıxarılıb.

Komitə iclasına paralel olaraq parlament binasının ətrafında etiraz aksiyası keçirilir. Əraziyə toplaşan vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər, eləcə də vətəndaşlar “xarici agentlər haqqında” qanun layihəsinə etiraz edirlər. Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis cəlb edilib.

Qeyd edək ki, fevralın 14-də “Xalqın gücü” hərəkatı tərəfindən Gürcüstan parlamentinə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər hər ilin yanvar ayında Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar.
Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəklər. Müstəqil ekspertlər qanunun qəbul ediləcəyi təqdirdə Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasının qarşısını alacağını bildirirlər. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid ediblər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO