Aşıq Ələsgərin abidəsinin ucaldılacağı yer məlum oldu – VİDEO

Aşıq Ələsgərin abidəsinin ucaldılacağı yer məlum oldu – VİDEO

Hazırda oxunan: Aşıq Ələsgərin abidəsinin ucaldılacağı yer məlum oldu – VİDEO

72081

“2021-ci il fevralın 18-də ilk sərəncamı verildi və bütün ölkə miqyasında Aşıq Ələsgərin 200 illik yubileyi yüksək səviyyədə keçirildi. Bunun həm ədəbi, ictimai həm də siyasi əhəmiyyəti var”.

Bu sözləri Bizim.Media-ya Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli deyib.

O, açıqlamasında Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı son məlumatları diqqətə çatdırıb:

“Cənab Prezidentin ikinci sərəncamı da oldu ki, bu da Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı idi. Aldığımız son məlumatlara əsasən, artıq bu istiqamətdə işlər gedir və yəgin ki, Aşıq Ələsgərin bu il abidəsi ucaldılacaq. Həmçinin abidənin ucaldılacağı yer məsələsi də həll olunub”, - söyləyən Ə.Ələkbərli bu işdə Aşıq Ələsgər ocağının nümayəndələrinin də razılığının olduğunu açıqlayıb.

Səkinə Yusibli, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO