Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir

Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir

Hazırda oxunan: Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir

185193

Azərbaycanda Belarus Mədəniyyəti Günləri başlayıb.

Bizim.Media xəbər verir ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.  

Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri keçiriləcək, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi nümayiş olunacaq, Belarus xalq sənətkarlıq nümunələr və incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında əlaqələrin köklü tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir. 
İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO