Türk Dünyasının Yumor Festivalı keçiriləcək - FOTO

Hazırda oxunan: Türk Dünyasının Yumor Festivalı keçiriləcək - FOTO

165515

"Yaradıcı Həftə" çərçivəsində dekabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. 

Festivalda türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək. 

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək. 

Tədbirdə iştirak etmək üçün iticket.az (//iticket.az/events/concerts/turkic-comedy-festival/105121) saytından bilet əldə edə bilərsiniz. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO