Sənətkar ÖMRÜ – İfaları Qızıl Fondda saxlanılan məşhur şəkili zurnaçı kim idi? - FOTO

Sənətkar ÖMRÜ – İfaları Qızıl Fondda saxlanılan məşhur şəkili zurnaçı kim idi? - FOTO

Hazırda oxunan: Sənətkar ÖMRÜ – İfaları Qızıl Fondda saxlanılan məşhur şəkili zurnaçı kim idi? - FOTO

135613

Yaratdığı bənzərsiz ifaları ilə dinləyicilərinin qəlbində sevgi ilə yaşayan mahir zurna ifaçısı Şəkili Ələfsərin 93 illiyinə həsr olunmuş "Yaddaşlardan silinməyən səs" adlı xatirə gecəsi təşkil olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanda milli musiqimizin yaşadılması və inkişaf etdirilməsində xüsusi rolu olan tək-tük sənətkarlar var.

Belə sənətkarlar sırasında mahir zurna ifaçısı Ələfsər Şəkilinin də adı həmişə iftixarla çəkilir.

Gecədə qeyd olunub ki, şərqin böyük sənətkarı Ələfsər Məmmədrəhim oğlu Rəhimov 1930-cu il may ayında Şəki şəhərində dünyaya göz açıb. Hələ uşaqlıq illərində balaban çalmağı özü öyrənən Ələfsər oyun havalarını sərbəst ifa etdiyinə görə musiqiçilərin diqqətini cəlb edib.   

Çıxış və xatirələrdə o da diqqətə çatdırılıb ki, 14-15 yaşında rayonda tanınan Ələfsər 1946-cı ildə Respublika özfəaliyyət Olimpiadasında iştirak edir və orada ölkəmizin tanınmış musiqiçilərinin diqqətini özünə cəlb edir.  
Deyilənlərə görə, Ələfsər hər gün səhərdən axşama qədər zurna çalmaqdan yorulmazdı və öz ifalarını gündən-günə təkminləşdirirdi. O, az vaxtda klassik aşıq havalarını, oyun havalarını, təsnifləri öyrəndikdən sonra muğamları öyrənməyə başlayır. 

Xalq sənətkarının hazırda qızıl fondda bir çox ifaları qorunub saxlanılır. Bunlara xalq mahnılarından "Koroğlu”, "Pəhləvani”, Misri”, "Gənci”, "Şəki yallısı” və başqa mahnıları, həm  də "Segah”, "Şur”, "Çahargah”, "Bayatı kürd” muğamlarını misal göstərə bilərik. Bu gözəl ifalar məhz zurna ifaçısı Ələfsər Rəhimovun məharətinə görə dillər əzbəri olub.   








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO