Aşıq Ələsgərin yeni abidəsi hazırlanacaq

Aşıq Ələsgərin yeni abidəsi hazırlanacaq

Hazırda oxunan: Aşıq Ələsgərin yeni abidəsi hazırlanacaq

128263

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı hazırkı prosesə aydınlıq gətirilib.

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalanıb.

“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanılıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - cavabda qeyd edilir.
Xatırladaq ki, abidə ilə bağlı müsabiqə bu ilin fevralında başa çatıb və qaliblər elan olunub. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO