
- A-
- A
- A+
Maraqlı
10:33 / 06.09.2018
1 dəq oxunma
Xəyanətkar arvadla necə davranmalı? - Ruhanilər cavab verdi…
Hazırda oxunan: Xəyanətkar arvadla necə davranmalı? - Ruhanilər cavab verdi…
238971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Tacikistanın Uləmalar Şurası xəyanətdə suçladığı həyat yoldaşı ilə necə rəftar etməyi bilmək istəyən Ömərcan adlı bir gəncin məktubunu dərc edib.xa0
Moderator.azxa0 xarici İslam saytlarına istinadla xəbər verir ki,xa0 məktubda Ömərcan, arvadının yad kişilərlə ünsiyyətindən şübhələndikdəxa0 telefon vasitəsilə talaq(boşanma) verdiyini yazıb. İndi bu vəziyyətdə olsa da, o, üç uşaq naminə ailəsini bərpa etmək istəyir.
"Bir dəfə o, həyat yoldaşını başqa bir kişi ilə ünsiyyətinə şahid olduqdan sonra bağışlayıb. Buna baxmayaraq xanımı bir neçə il sonra yenidən naməhrəm kişilərləxa0 ünsiyyətini davam etdirib. Bu barədə məlumatı öyrənəndə qəzəbli Ömərcan telefonlaxa0 “min bir dəfə talaq”-deyərəkxa0 arvadına boşanma verib. İndi gənc adam Tacikistan Uləmalar Şurasından soruşur ki,xa0 uşaqlarınıxa0 tərbiyə ettmək üçün keçmiş həyat yoldaşı ilə yenidən birgə yaşaya bilərmi..” -Üləmalar Şurasının açıqlamasında belə deyilir.
Ekspertlər Ömərcana İslam Mərkəzinə müraciət etməyi tövsiyə ediblər. Çünki bu iş üzrə tövsiyə üçün əlavə məlumatlara da ehtiyac var.
Statistikaya görə, 2017-ci ildə Tacikistanda gənc ailələrin boşanma sayı əvvəlki illə müqayisədə 19%xa0 artıb. Psixoloqların fikrincə, boşanmanın əsas səbəbləri miqrasiya, ər-arvad arasındakı güvənsizlik və sosial vəziyyətdir.xa0
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



























































































