Niyam Salami:

Niyam Salami: "Rəhimin sağalması üçün 150 min dollar pul lazım idi" - VİDEO

Hazırda oxunan: Niyam Salami: "Rəhimin sağalması üçün 150 min dollar pul lazım idi" - VİDEO

97363

Müğənni Niyam Salami mərhum həmkarı Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı pərdəarxası məqamlardan söz açıb.

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişdə qonaq olan sənətçi Rəhimlinin sağalması üçün 150 min dollar ehtiyac olduğunu açıqlayıb.

“Rəhim işləyən, tərtökən, qazanan adam idi. “Gənclər şəhərciyi”nə gedən yolun kənarınsa torpağı var. Yeni tikili binada mənzili var. Mərkəzdə də evi var. Onun bundan başqa bir evi də vardı. Amma o evi 70 minə satıb anasının müalicəsinə xərclədi. Həkim ona son dəfə deyəndə problemi var imiş, sonra xəstəlik çoxalıb.

Onu da müalicə etmək üçün böyük miqdarda pul lazım idi. Bu, təxminən 150 min dollara qədər idi. Bu pul elə belə pul deyil. Bunu necə tapasan? Haradan tapıb düzəldəsən? Rəhim qazandığını hər zaman bölüşən adam olub”, - deyə Niyam fikirlərini ifadə edib.
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO