Cenniferin keçmiş beysbolçu sevgilisi:

Cenniferin keçmiş beysbolçu sevgilisi: "Biz əla vaxt keçirdik" – FOTO 

Hazırda oxunan: Cenniferin keçmiş beysbolçu sevgilisi: "Biz əla vaxt keçirdik" – FOTO 

83841

Peşəkar amerikalı beysbolçu Aleks Rodriges “The Martha Stewart Show” verilişinin yeni buraxılışının qonağı olub.  

Bizim.Media xəbər verir ki, o, teleaparıcı ilə dialoqda keçmiş sevgilisi, dünya pop səhnəsinin ulduzu 52 yaşlı Cey Lo ilə keçmiş münasibətlərindən söz açıb.  

A.Rodriges pop ulduzun ünvanına təriflər yağdırıb.  

“Cennifer haqqında sizə deyəcəklərim budur və ötən gün bəzi həmkarlarıma bunu söylədim. O, indiyə qədər tanış olduğum ən istedadlı insandır. Çox çalışqandır. Məncə o, dövrümüzün əfsanəvi qadın ifaçısıdır”, - deyə beysbolçu bildirib.  

Keçmiş aşiqlər 2017-ci ilin fevralında görüşməyə başladılar və dörd il sonra, beysbolçu pop ulduzuna evlilik təklif etdikdən bir neçə ay sonra yollarını ayırıblar.  
Qeyd edək ki, Cey Lo 2000-ci illərdə ilk dəfə tanış olduğu aktyor Ben Affleklə toya hazırlaşır. Ben bu ilin yazında sevgilisinə nadir yaşıl almazlı dəbdəbəli nişan üzüyü hədiyyə edərək ona evlilik təklifi edib. Qarşı tərəf isə bu təklifə “Hə” deyərək, razılıq verib.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO