Efirdə QALMAQAL - Əri ölən qadınla vəkil dalaşdı - VİDEO  

Efirdə QALMAQAL - Əri ölən qadınla vəkil dalaşdı - VİDEO  

Hazırda oxunan: Efirdə QALMAQAL - Əri ölən qadınla vəkil dalaşdı - VİDEO  

82936

“Yeddi ildir ki, ərimi itirmişəm. İndi mən o rəhmətə gedib deyə hər gün ağlamalıyam? Yeddi ildir ağladım, artıq bəsdir. Həyat yoldaşımla 46 il ömür sürdüm. Qoca vaxtı mənə ər lazım deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Elgizlə izlə” ictimai-sosial verilişə qonaq gələn qadın deyib.

“Səhər saatlarında yoldaşım yuxudan durdu. İnfarkt keçirdi və rəhmətə getdi. Onu incitməmişəm. İncitsəydim, 46 il birlikdə yaşamazdıq, 5 övladımız olmazdı. Ərimlə illərlə bir zavodda çalışmışıq”, – deyə qadın söyləyib.
Onun rəhmətə gedən həyat yoldaşı haqqında gülümsəyərək danışması proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevanı “cin atına” mindirib.

O, üzünü qadına tutaraq onun hərəkətinə etirazını bildirib:

“İnsan bir yaxınını istəyib, sonra itirəndə yeddi il yox, on beş il də ağlaya bilər. Rəhmətə gedən şəxs bu qadının uşaqlarının atasıdır. Demirəm ki, ağla. Amma ən azından başını aşağı salıb, kədərlənə bilərdin. Ərini itirdiyinə görə heç olmasa həyəcan keçirməli idin. O sənin həyat yoldaşındır. Onunla birgə bir yastığa baş qoymusan, ondan uşaqların var, sən burada özünü yaxşı aparmadın və reaksiyan düzgün olmadı. Sən dedin ki, gedib, gedib də... Bu, əhlikef adamdır. Əri heç vecinə deyil. İndi kimin əri, bacısı və qardaşı rəhmətə getsə, başlasın gülməyə. Sizin ərinizə yazığım gəldi”.

Ş.Nağıyevanın sözlərinə isə qadının cavabı belə olub:

“Siz dəhşət insansınız. Ərlə bağlı mənimlə mübahisə etmə. Qardaşımın nəvəsi durduğu yerdə dünyasını dəyişdi. İki uşağı atasız qaldı. İndi mən nə edim? İndi əlimizə dəsmal alıb, hər gün ağlamalıyıq? Övladlarım var. Onların yanında isə heç vaxt ağlamaram”, - deyə qadın cavab verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO