Rihanna ABŞ-ın ən gənc milyarderi oldu - FOTO

Rihanna ABŞ-ın ən gənc milyarderi oldu - FOTO

Hazırda oxunan: Rihanna ABŞ-ın ən gənc milyarderi oldu - FOTO

82666

Dünya pop səhnəsinin ulduzu Rihanna ABŞ-ın ən gənc milyarderi olub.

Bizim.Media xəbər verir ki, Barbadoslu sənətçi 3 ildir ki, "Forbes"in ABŞ-ın ən varlı qadınları siyahısındadır.

O, 2022-ci ildə siyahıda 21-ci yeri tutub. Hazırda 34 yaşlı müğənninin sərvəti 1,4 milyard dollardır.

Rihannanın gəliri təkcə musiqi biznesindən əldə etdikləri ilə məhdudlaşmır.

Beləki, müğənni özünün kosmetika brendləri olan "Fenty Beauty" və "Fenty Skin", eləcə də "Savage X Fenty" alt paltarı brendinin satışından daha çox qazanıb.

Qeyd edək ki, Rihanna may ayında ilk dəfə ana olub. Müğənni və onun sevgilisi, repçi A$AP Rokkinin oğlu olub.  

Bununla belə, Rihanna artıq səhnəyə çıxır. Keçən həftə sonu "Wireless" festivalında sevgilisinə dəstək olmaq üçün Londona uçub.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO