Mənzurə Musayeva: "Məndən ötrü ölsə də, onunla çay içmərəm" - VİDEO

Hazırda oxunan: Mənzurə Musayeva: "Məndən ötrü ölsə də, onunla çay içmərəm" - VİDEO

81327

Müğənni Mənzurə Musayeva açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” günorta şousunda qonaq olan sənətçi, aldığı sevgi təkliflərindən söz açıb. 

M.Musayeva bildirib ki, yalnız bəyəndiyi bəylə harasa gedib, çay içə bilər. 

“Sosial şəbəkələrdə mənə çox yazırlar, amma əhəmiyyət vermirəm. Çünki xarakterim tam başqadır. Bir insan məndən ötrü ölsə də, onunla çay içməyə getmərəm. Yalnız ürəyim istəyən şəxs olanda onunla çay və ya kofe içməyə gedərəm. Ən sevdiyim isə köpüklü kapuçinodur. Özümə xüsusi qulluq etməyi sevirəm”. 

Müğənni sosial şəbəkədə haqqında yazılan tənqidlərə isə belə reaksiya verib. 

“Elin gözü tərəzidir. Tamaşaçılar hamını çox gözəl tanıyır. Özümü tərifləsəm, tamaşaçılar deyərlər ki, “Nə danışırsan, sən busan”. 

Qeyd edək ki, M.Musayeva aylar əvvəl qonaq olduğu “7 canlı” axşam şousunda sevgilisi tərəfindən evlilik təklifi alıb. Həmin şəxs ona ev bağışlayacağını bildirmişdi. Mənzurə də bu təklifə “Hə” demişdi. Lakin bir müddət sonra müğənni həmin şəxsdən ayrıldığını açıqlamışdı.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO