Aydandan İbrahimə doğum günü təbriki: “Mənim super qəhrəmanım” - FOTO

Aydandan İbrahimə doğum günü təbriki: “Mənim super qəhrəmanım” - FOTO

Hazırda oxunan: Aydandan İbrahimə doğum günü təbriki: “Mənim super qəhrəmanım” - FOTO

73063

Aktrisa Aydan Axundzadə həyat yoldaşı, aktyor İbrahim Çingizi doğum günü münasibətilə sosial media hesabında təbrik edib.  

Bizim.Media xəbər verir ki, aktrisa həyat yoldaşı ilə bərabər lentə alınmış fotosunu paylaşaraq, sevgisini sözlərlə dilə gətirib: 

“Bu günü nə qədər sevdiyini bilirəm. Hər il mayın 5-də gecə saat əqrəbinin nəhayət 00:01-i göstərəcəyini və tarixin 6-ya dəyişəcəyini böyük həyəcanla gözləyirsən.

Ən qısa zamanda nağılın içərisində olmaq, hədiyyələr, təbriklər almaq istəyən səbirsiz, kiçik, xoşbəxt uşaq oyanır. Bu, həyatımda görə biləcəyim ən gözəl mənzərədir. Tanış olduğumuz ilk gündən dünyama sülh, xoşbəxtlik və rahatlıq gətirdin. Sən mənim evimsən. Möcüzəvi bir insan olsaydı, yəqin ki, o, sən olardın. Hərdən mənə elə gəlir ki, sən bu dünyadan deyilsən. Sanki yaradan cənnətin qapılarını bir anlıq açıb və sən də hər şeylə maraqlanan bir uşaq kimi oradan qaçıb öz nurunu bölüşmək üçün dünyamıza gəlmisən.

Sən mənim tanış ola biləcəyim ən mehriban, ən saf, ən mükəmməl ruhsan. Allah məni sevir, buna əminəm! Həyatımdakı yerini başqa necə izah edə bilərəm?
Səndə dəyişmək istədiyim heç bir xüsusiyyət yoxdur. Səni sevirəm, ayım, günəşim, “günaydın”ım və “gecən xeyrə”m, nəfəsim və talismanım. Daha əvvəl neçə həyat yaşamışam və daha nə qədər yaşayacağımı bilmirəm, amma bu, mənim ən yaxşı həyatımdır, sənin yanında, qollarında.

Ad günün mübarək, mənim super qəhrəmanım!”. İbrahim isə Aydanın bu paylaşımına “Mənim həyatım. Yaxşı ki, varımsan” sözlərini yazıb.  

Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur. Çingiz ilə Aydan ötən il ailə həyatı qurublar. İkili hazırda “Yuxu kimi” serialında sevgililəri canlandırırlar.  

Rəşad Əliyev, Bizim Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO