Naibə Allahverdiyeva: “Qadın tənha qala bilər, kişinin yalnız qalması isə dəhşətdir” - ÖZƏL 

Naibə Allahverdiyeva: “Qadın tənha qala bilər, kişinin yalnız qalması isə dəhşətdir” - ÖZƏL 

Hazırda oxunan: Naibə Allahverdiyeva: “Qadın tənha qala bilər, kişinin yalnız qalması isə dəhşətdir” - ÖZƏL 

69242

“Şəxsi həyatım barədə sualları cavablandırmağı özümə qadağa qoymuşam. Çünki Zaurun verilişində şəxsi həyatımla bağlı məsələ ictimailəşdi. Ondan sonra ağzı göyçəklər sosial şəbəkələrdə xoşagəlməz rəylər yazdılar. Hər dəfə oxuyanda əsəbiləşib, stress keçirirdim. Ailəmlə bağlı suallara nə hə, nədəki yox, heç bir şərh bildirmək istəmirəm”.

Bu sözləri Bizim Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva deyib. Bir müddət əvvəl “Bizimləsən” proqramında həyat yoldaşına ikinci dəfə şans verərək, onunla yenidən barışan Allahverdiyeva bundan sonra şəxsi həyatı ilə bağlı suallara cavab verməyəcəyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti boşandığı əri ilə efirdə BARIŞDI: “Son şansı verirəm” - VİDEO 


“İzləyicilərim mənə “eşq qadını” olduğumu yazırlar. Həqiqətən də mən məhəbbət, sevgi qadınıyam. Məni yaşadan sevgidir. Bizdə isə nədənsə sevgiyə biabırçı don geyindiriblər. Bu da bizim mentalitetdən irəli gəlir. Onlar sevgini “yataq” anlayışı kimi yozurlar. Amma sevgi tamam başqa hiss və aləmdir.

Sevginin müxtəlif qolları var. Sevgi şaxələnir. Allah heç bir kişini, qadını tək, tənha qoymasın. Təklik tək Allaha məxsusdur. Qadın tənha qalsa da, heç olmasa, özünü necəsə idarə edə bilir. Kişinin yalnız qalması isə dəhşətdir”.

Əməkdar artist Nahidə Orucovanın sosial verilişlərdən qonorar tələbini Xalq artisti müsbət qiymətləndirib.

“Televiziyalar bizdən reytinq qazanırlar. Çox yaxşı olar ki, kanallar bizə müəyyən miqdarda pul ödəsinlər. Çünki bir xanım məşhurun efirə gəlməsi asan başa gəlmir. Bunun saçı, makiyajı, geyimi, yol xərci var. Bir paltarı ikinci dəfə geyinəndə artıq izləyicilər yazırlar ki, “Buna bax məşhurdur, amma pulu yoxdur özünə geyim alsın”.

Mən həmkarım Nahidə Orucovanın bu fikri ilə tam razıyam. Özüm də ara-sıra sosial verilişlərə qatılıram. Orada oturmaq inanın çox ağırdır. Həmin verilişlərə problemləri olan insanlar gəlir.
Onların acısını, problemlərini görüb, eşidəndə haldan-hala düşürəm. Çox gərgin oluram. Evə qayıdıram, yadıma düşür, qan təzyiqim qalxır. Həm də həmin verilişlərin kifayət qədər sponsorları olur. Yaxşı olar ki, ekspert qismində çıxan hər məşhura qonorar ödənilsin. Həmin verilişlərin aparıcıları bizim dostlarımızdır. Onlar bizi verilişlərinə çağıranda, biz imtina edə bilmirik”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO