
- A-
- A
- A+
Evi həmişə tərtəmiz olan insanların 7 sirri – Siz də belə edin!
Evi hər zaman səliqəli və tərtəmiz görünən insanların sirri saatlarla təmizlik etmələrində deyil. Onlar gündəlik həyatlarında kiçik, lakin faydalı vərdişlər formalaşdırıblar.
Bizim.Media bu cür insanların 7 xüsusiyyətini təqdim edir:
1. İşləri sonraya saxlamırlar
İstifadə etdikləri fincanı saatlarla masada saxlamır, yemək hazırladıqdan sonra qabları və mətbəx masasını dərhal təmizləyirlər. Beləliklə, xırda işlərin böyük təmizlik yükünə çevrilməsinə imkan vermirlər.
2. Hər əşyanın öz yeri var
Evdəki hər bir əşyanın müəyyən yeri olur. İstifadə etdikləri əşyaları işləri bitdikdən sonra yenidən yerinə qoyurlar. Bu, evdə dağınıqlığın yaranmasının qarşısını alır.
3. Gündəlik kiçik təmizlik vərdişləri formalaşdırırlar
Səhər yatağı yığışdırmaq, axşam yatmazdan əvvəl otaqları səliqəyə salmaq kimi sadə vərdişlərə əməl edirlər. Gündə cəmi 5-10 dəqiqə ayırmaqla evin təmizliyini qoruyurlar.
4. Yeni əşya alarkən köhnələrdən imtina edirlər
Dolaba yeni geyim və ya əşya yerləşdirərkən artıq istifadə etmədiklərini ayırırlar. Bununla evdə lazımsız əşyaların yığılmasının qarşısını alırlar.
5. Dəhlizin səliqəsinə xüsusi diqqət yetirirlər
Ayaqqabı, çanta və üst geyimlərini evin müxtəlif yerlərinə səpələmirlər. Bu əşyalar üçün dəhlizdə xüsusi yer ayırırlar.
6. Lazımsız əşyalardan uzaq dururlar
Evdə yalnız ehtiyac duyduqları əşyaları saxlamağa çalışırlar. Əşyaların az olması həm təmizliyi, həm də səliqəni qorumağı asanlaşdırır.
7. Təmizlikdən əvvəl evdəki dağınıqlığı aradan qaldırırlar
Onlar bilirlər ki, dağınıq evdə təmizlik aparmaq daha çətindir. Buna görə əvvəlcə əşyaları yerbəyer edir, daha sonra toz alır və döşəməni təmizləyirlər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































