
- A-
- A
- A+
Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, Günəş partlayışı aktivliyindəki fasilə noyabrın 20-də günorta saatlarında başlayıb. Yalnız noyabrın 28-də C1.6 sinifli hadisə qeydə alınıb ki, bu da Günəşin zəif aktivlik səviyyəsinə uyğundur.
Qeyd edilir ki, Günəş aktivliyindəki fasilə təxminən 171 saat davam edib və 2021-ci ilin sonundan bəri belə uzun fasilələr müşahidə edilməmişdi. Həmin dövrdə, noyabrın 13-dən dekabrın 4-ə qədər, 500 saat ərzində C və ya daha yüksək sinifli partlayışlar qeydə alınmamışdı.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































