İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı - Ölənlər var

İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı - Ölənlər var

Hazırda oxunan: İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı - Ölənlər var
650155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İndiyə qədər İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Nişapur şəhərində 241 nəfər spirtli içkilərdən zəhərlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Nişapur Tibb Elmləri Universiteti məlumat yayıb.

“Spirtli içkilərdən zəhərlənmə nəticəsində indiyə qədər 5 nəfər ölüb”, -deyə məlumatda qeyd olunur.

Bildirilir ki, zəhərlənənlərdən 177 nəfər müalicədən sonra buraxılıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kirmanpur “X” sosial şəbəkəsində İranda 31 oktyabr- 25 noyabr aralığında İranda spirtli içkilərdən 543 nəfərin zəhərləndiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, zəhərlənmə nəticəsində 23 nəfər ölüb. Zəhərlənənlərdən 55-i qadın, 488 nəfəri isə kişidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO