
- A-
- A
- A+
Ermənilərin Qarabağdan çıxmayacağını hələ 2008-ci ildə anlamışdım
“Rambuye görüşündə bəlli oldu ki, onlar heç bir kənddən də çıxmaq niyyətində deyillər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Mediatürk TV-nin efirində yayımlanan “Gündəm masada” verilişində deyib.
Sabiq nazir Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan və Azərbaycanın hərbi həll yoluna üstünlük verməsinin səbəblərindən danışıb:
“Mən nazir olanda vəziyyət tamamilə fərqli idi. Torpaqlarımız işğal altında idi, məcburi köçkünlərimiz var idi. Əlbəttə, istəyirdik ki, məsələni sülh yolu ilə həll edək, ən azı rayonları azad edək. Amma 2008-cı ildə Rambuyedə Köçəryanla keçirilən zirvə görüşündə bəlli oldu ki, onlar heç bir kənddən də çıxmaq niyyətində deyillər. Bundan sonra belə qərar qəbul etdik ki, ordumuzu gücləndirməli və bu məsələni müharibə yolu ilə həll etməliyik. Bu da alındı”. (Modern.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































