Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu

Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu

Hazırda oxunan: Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu
650151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Bizim.Media xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev “Facebook” hesabında qəbul sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

O, Dövlət İmtahan Mərkəzinin (DİM) illər ərzində qazandığı ictimai etimadın qorunmasının vacibliyini vurğulayıb:

“Dövlət İmtahan Mərkəzini ölkəmizin ən şəffaf qurumlarından biri hesab edirəm. Gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir. DİM bu müddətdə qiymətləndirmə üsullarını da yeniləyib. Həmin işi davam etdirmək və genişləndirmək lazımdır”.

Ə.Nuriyev bildirib ki, şagirdlərin düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə yenidən baxılmalıdır:

“Məktəbdə tədrisin keyfiyyəti ilə imtahanda qiymətləndirmənin keyfiyyətini birlikdə müzakirə etməliyik. Şagirdin məktəbdə yaxşı hazırlıq ala bilməsi ailələrin əlavə xərcinin azalması üçün də vacibdir. Bu müzakirələrdə təhsil verənlər, təhsil alanlar, valideynlər, vətəndaş cəmiyyəti, mütəxəssislər və aidiyyəti qurumlar iştirak etməlidir”.

Fond prezidentinin sözlərinə görə, idarəetmədə dəyişiklik təklif olunursa, onun hansı problemi həll edəcəyi də əsaslandırılmalıdır.

“Mənim üçün əsas meyar budur: ailəsinin maddi imkanından və tanışlıqdan asılı olmayaraq, hər bir gənc biliyi ilə universitetə daxil ola bilsin. İslahatlar bu imkanı və qəbulun ədalətli olduğuna inamı daha da gücləndirməlidir”, – Ə.Nuriyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO