Liviya Ukraynadan təzminat tələb edəcək

Liviya Ukraynadan təzminat tələb edəcək

Hazırda oxunan: Liviya Ukraynadan təzminat tələb edəcək
650154
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Benqazi limanına edilən hücumla əlaqədar Ukraynadan təzminat tələb edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən hökumətin xarici işlər naziri Əbdülhadi əl-Hüveyc RİA "Novosti"yə açıqlamasında bildirib.
 

"Liviya hökuməti bu hücumlar nəticəsində dəymiş ziyana görə təzminat tələb etmək üçün tam qanuni hüquqa malik olduğunu təsdiqləyib. Təzminat tələbi həm insan itkilərini, həm də infrastruktura dəymiş maddi ziyanı əhatə etməlidir", – deyə nazir qeyd edib.


Xatırladaq ki, Rusiya mətbuatının məlumatına görə, noyabrın 22-də Ukrayna Benqazi limanına PUA-larla hücum edib. Hücumun hədəfinin limanda yerləşən Rusiyaya məxsus "Merkuri" korveti olduğu bildirilib.

Hadisə İtaliyada da qalmaqala səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə söhbətində Kiyevin Benqazi limanına hücumu xarici tərəfdaşları ilə razılaşdırmadığını bildirib. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO