Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto

Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto

Hazırda oxunan: Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto
650163
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnirin ənənəvi hal aldığını deyib. İştirakçı qurumlara təşəkkürünü bildirən nazir komandalar arasında mübarizənin kifayət qədər gərgin keçdiyini vurğulayıb. O, qeyd edib ki, dövlət qurumlarının komandalarının idman forması ildən-ilə artır. Fərid Qayıbov bu cür turnirlərin idmanın kütləviləşməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirin əhəmiyyətindən bəhs edib. O, Azərbaycanda minifutbola dövlət səviyyəsində göstərilən yüksək qayğıdan və bunun nəticəsində qazanılan uğurlardan söz açıb.

Federasiya rəsmisi bildirib ki, dövlət qurumlarının bu cür turnirlərdə mübarizə aparması Azərbaycan xalqının birliyini göstərir. Taleh Nəsibovun sözlərinə görə, turnirdə məğlub komanda yoxdur, hər bir kollektiv qələbəyə layiqdir.

Ardınca ötənilki turnirdən ən maraqlı görüntülər nümayiş etdirilib.

Tədbir daha sonra bədii hissə ilə davam edib. Aykidoçuların və kapoeyraçıların nümunəvi çıxışları olub.

Qeyd edək ki, 40 dövlət qurumunun komandalarının iştirakı ilə keçirilən turnirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) komandası da mübarizə aparır.

AZƏRTAC C qrupunda Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, Dövlət Su Ehtiyatları Agentliyi, Milli Elmlər Akademiyası, Dövlət Miqrasiya Xidməti, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin komandaları ilə qarşılaşacaq.

Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 1
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 2
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 3
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 4
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 5
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 6
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 7
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 8
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 9
Ulu Öndərin xatirəsinə 40 qurumun iştirakı ilə turnir keçirilir - Foto - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO