Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək

Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək

Hazırda oxunan: Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
650143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin hərbçiləri Tayvanla üzbəüz yerləşən Futszyan əyalətində dəniz desantı üzrə genişmiqyaslı təlimlər keçirirlər. Təlimlər zamanı ordu qoşunların sahilə çıxarılması üçün yeni üsulu - mülki gəmilərdən istifadə etməklə üzən körpünün yaradılmasını sınaqdan keçirir.

Bizim.Media axar.az-a istinadən bildirir ki,  peyk görüntüləri və "İngeniSPACE" şirkətinin analitik hesabatına əsasən məlumat yayılıb.

Analitiklərin məlumatına görə, Daçen körfəzində təlimlər ilk dəfə noyabrın 1-də keçirilib. Sonrakı iki həftə ərzində gəmilər akvatoriyada müxtəlif manevrlər həyata keçirib və vaxtaşırı birləşərək təxminən 800 metr uzunluğunda üzən körpü yaradıblar. Bu konstruksiya ağır texnikanın və hərbi yüklərin dərin sulu ərazilərdən birbaşa sahilə daşınması üçün nəzərdə tutulub.
 

Təlimlərdə dörd barja, iki yarımsualtı gəmi, iki motorlu gəmi, dörd desant gəmisi və bir sıra yardımçı gəmilər iştirak edib. Peyk görüntülərində körpü qurmaq üçün xüsusi avadanlıq aşkar edilməyib.


"İngeniSPACE" şirkətinin əməliyyatlar üzrə rəhbəri Ceyson Van bildirib ki, Çin ordusu, ehtimal ki, Sakit okeanın qərb hissəsində mümkün hərbi əməliyyatlar zamanı qoşunların gizli şəkildə təchizatı və daşınması üsullarını sınaqdan keçirir. Onun sözlərinə görə, mülki donanmadan istifadə Tayvan sahillərində desant çıxarmaq üçün potensial ərazilərin sayını artırmağa imkan verir.

Təlimlərin gedişi ilə tanış olan, adı açıqlanmayan təhlükəsizlik xidməti nümayəndəsi bildirib ki, manevrlərin məqsədi "kiçik adaların sürətlə ələ keçirilməsi" ssenarisini məşq etmək olub.
Tayvanın Müdafiə Nazirliyi Çin hərbçilərinin fəaliyyətini, xüsusilə mülki gəmilərin təlimlərə cəlb olunmasını izlədiyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO