Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Hazırda oxunan: Məni "Söylü"yə oxşatmayın

640093

Xalq artisti Afaq Bəşirqızı məşhur “Bəxt üzüyü” filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib.

Bizim.Media xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb.

“Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mən Söylü ola bilmərəm. Amma onu çox sevirəm".

Aktrisa öz tamaşalarını sonradan izləməsi məsələsinə toxunub:

"Etiraf edim ki, mən oğlumun toyuna baxmamışam. “Bala başa bəla” tamaşasına isə 6-7 dəfə baxmışam".

A.Bəşirqızı tənqidlərdən də söz açıb:

“Bu da bekarçılıqdan, savadsızlıqdan irəli gəlir. İnsan əli ilə qazdığı quyuya düşüb, başqalarını da salır. Ən yaxşı tənqidçi elə özüməm. Bilirəm ki, nəyi düz etdim, nəyi yox”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO