“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ – VİDEO

“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ – VİDEO

Hazırda oxunan: “Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ – VİDEO

630035

Xalq artisti Aygün Kazımovanın ötən gün keçirilən konsertində maraqlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, açıq havada keçirilən gecədə "Pop kraliça" tamaşaçılarla maraqlı söhbətlər edib.

Kazımova ona yaxınlaşan bir pərəstişkarının "Uşaq vaxtı sizə gəlirdim. Evə gələndə anam əsəbiləşirdi ki, Aygün anandır? Deyirdim, hə" sözlərinə belə reaksiya verib:

"Hələ bir dostum var, qızı deyir ki, istəyirəm anam Aygün Kazımova olsun".

Müğənni saçına böcək qonduğunu görüb zarafat edib:

"Böcəklər də mənim fanatımdır. Nə qədər ilanlarla görüşmüşəm. Onlar bunların yanında nədir? İlanlar, əqrəblər nə qədər olub. Hamısı gəzib gedib, sanca bilməyib".

Kazımova səhnəyə balaca uşaqları ilə çıxan qadınla maraqlı söhbəti ilə də diqqət çəkib. İfaçı uşaqlara müraciətlə deyib:

"Böyüyəndə bu şəkli göstərib deyərsiniz ki, Aygün xanım, sizinlə şəklimiz. Mən belə də qalacağam. Onların balalarının da toyunda oxuyacağam". (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO