Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Hazırda oxunan: Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO
629762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Dilarə Kazımova yenidən özünü aktrisa kimi sınayacaq.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, "Çalış, nəfəs alma", "Sirat körpüsü", "Qardaşımdan yaxşısı yox idi", "Dmitrov küçəsi 86", "Kəklikotu" və "Qış nağılı" filmlərindən sonra sənətçi, bir hissəsi Bakıda çəkilən özbək istehsalı "Daşkəndə səyahət" filmində rol alıb.
 

Bu barədə Özbəkistan kino rejissoru, ssenaristi və aktyoru Behzod Coniyev (Behzod Janiyev) məlumat verib. Rejissor Dilarə Kazımova ilə birgə şəkil paylaşaraq onun ünvanına təriflər yağdırıb:


"'Daşkəndə səyahət' filmi vasitəsilə mən Dilarə Kazımovanın bu təkrarolunmaz səsi ilə tanış oldum. Sonra onun bütün mahnılarını dinlədim. Mənə elə gəlir ki, belə səs min ildə bir dəfə doğulur. Səmimi qəlbdən ümid edirəm ki, biz yenə birgə işləmək imkanı tapacağıq".

Film Qazaxıstan, Özbəkistan və Azərbaycanın birgə əməkdaşlığı ilə çəkilir. Ekran işi bir neçə janrı — melodrama, ekşn və komediyanı özündə birləşdirir.

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO