Ceki Çan Bakıda film çəkilişində - FOTO

Ceki Çan Bakıda film çəkilişində - FOTO

Hazırda oxunan: Ceki Çan Bakıda film çəkilişində - FOTO
629169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır.

Bizim.Media Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək.

Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın "Salem Entertainment" kinokompaniyası məşğul olur.
 

Layihənin prodüseri şirkətin qurucusu Rüstəm Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur. Bakıdakı çəkilişlərə Qazaxıstanın Azərbaycandakı səfirliyi dəstək göstərir.


Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.

Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.

Ceki Çan Bakıda film çəkilişində - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO