“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

Hazırda oxunan: “Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

623606

Ötən il ağır qəzada yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) artıq yeriməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında video paylaşıb. 

“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə.
 

Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”, - o paylaşımında bildirib.


Qeyd edək ki, Ayla ötən ilin yanvarında Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Ayla qəzadan sonra yerimə qabiliyyətini itirib. Sənətçinin müalicəsi davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO