Türkiyədə məşhur model Dəniz Akkaya saxlanıldı

Türkiyədə məşhur model Dəniz Akkaya saxlanıldı

Hazırda oxunan: Türkiyədə məşhur model Dəniz Akkaya saxlanıldı

622671

Türkiyəli tanınmış model Dəniz Akkaya Kocaeli vilayətinin Kartepe rayonunda baş verən münaqişədən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

D.Akkaya İstanbuldakı evini tərk etdikdən sonra Kartepedə yaşayan dostunun yanına köçüb.
 

İlkin ehtimallara görə, onların arasında naməlum səbəbdən kəskin mübahisə yaranıb. Hadisə şahidlərinin çağırışı ilə əraziyə polis əməkdaşları cəlb olunub və insident iştirakçıları ifadə vermək üçün bölməyə aparılıblar.


Şöbədəki müvafiq prosedurlardan sonra Dəniz Akkaya Kocaeli məhkəməsinə göndərilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bir sıra Türkiyə kütləvi informasiya vasitələri iddia edir ki, münaqişə zamanı D.Akkaya hadisənin baş verdiyi evə ciddi maddi ziyan vurub.

Məhkəmə binasını tərk edərkən jurnalistlərə açıqlama verən Dəniz Akkaya baş verənləri şərh edib və aqressiv davranış nümayiş etdirməsi ilə bağlı ittihamları rədd edib. O bildirib ki, qarşı tərəfə qarşı məhz özü məhkəməyə müraciət edərək mühafizə orderi (yaxınlaşma qadağası) tələb edib. Model mətbuatda yayılan digər iddiaları isə tamamilə yalan və əsassız adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO