Cey Lo Ben Afflekdən boşanması barədə şok etiraf etdi

Cey Lo Ben Afflekdən boşanması barədə şok etiraf etdi

Hazırda oxunan: Cey Lo Ben Afflekdən boşanması barədə şok etiraf etdi
619562
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cennifer Lopes yay turnesini qəfil ləğv etdiyini elan edərkən Ben Afflek ilə münasibətlərindəki problemləri dolayısı ilə təsdiqləmişdi. O zaman ulduz pərəstişkarlarına müraciət edərək, "Ürəyim parçalanır və sizi məyus etdiyim üçün çox üzgünəm. Xahiş edirəm bilin: bunun tamamilə zəruri olduğunu hiss etməsəydim, belə bir addım atmazdım" deyə bildirmişdi.

Bizim.Media xəbər verir ki, məşhur müğənni pərdəarxası baş verən real hadisələrin təfərrüatlarını nəhayət bölüşüb.

Lopes boşanma ərəfəsində daxili sarsıntılar keçirdiyini etiraf edib:

"Sonuncu boşanmamdan sonra sadəcə oturub düşünürdüm: “Yaxşı, mən turneni ləğv etdim...”. Beynimdə isə yalnız bir fikir fırlanırdı: “Sən öz daxili dünyanı qaydaya salmalısan. Sənə nə olub? Başqalarını tamamilə unut'".

"This Is Me… Now" turnesinin ləğvindən qısa müddət sonra mətbuatda Ben Afflekin müştərək ailə evini tərk etməsi barədə xəbərlər yayılmışdı.

Lopes həmin an özünə qarşı çox sərt olduğunu bildirib:

"Müəyyən mənada, bunda özümdən başqa heç kimi günahlandıra bilmərəm. Məsələ digər insanların qüsursuz davranmasında deyil, bəs sən özün nə edirsən? Sənin daxilində nə baş verir? Məhz bu, mənim üçün dönüş nöqtəsi oldu".

Cennifer bütün günahı keçmiş partnyorunun üzərinə yıxmaq əvəzinə, daxili dünyasını təhlil etməyə üstünlük verdiyini vurğulayıb:

"Mən sanki daxilimdəki həmin kiçik qıza geri dönə bildim. Ona diqqətlə baxıb dedim: “Sən bunun öhdəsindən gəldin. Bütün bu çətinliklərdən keçdin. Özünü bir az da olsa təriflə, özünə sevgi göstər. Sevgini kənarda axtarmağa son qoy, onu özün özünə bəxş et'".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO